×
A
A
A
Sazlamalar

Milli Dram Teatrının yaradıcı kollektivi ayın sonu üçün maraqlı tamaşalar hazırlayıb

Bakı, 21 may, AZƏRTAC
May ayının sonu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında maraqlı tamaşalar nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, sənət ocağının səhnəsində göstəriləcək bütün tamaşalar klassik və çağdaş əsərlər əsasında hazırlanıb. Belə ki, teatrsevərlər mayın 24-də “Generalın son əmri”, 25-də “Qürbətdən gələn məktublar”, 26-da isə “Buratino” və “Xanuma” tamaşalarına baxa biləcəklər.
Bununla yanaşı, mayın 30-da “Almaz”, 31-də isə “Ah, bu uzun sevda yolu” tamaşaları teatrsevərlərin ixtiyarına veriləcək.

Teatr və kino 2019-05-21 11:24:00