×
A
A
A
Sazlamalar

Paytaxtın bəzi qəsəbələrinə içməli su müəyyən fasilələrlə veriləcək

Bakı, 21 may, AZƏRTAC 

Magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar mayın 21-22 –də Suraxanı rayonunun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələrinə və Qaraçuxur qəsəbəsinin bəzi hissələrinə) içməli su müəyyən fasilələrlə veriləcək.
Bu barədə AZƏRTAC-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

İqtisadiyyat 2019-05-21 11:16:00