×
A
A
A
Sazlamalar

Naxçıvan Dövlət Musiqili Dram Teatrı Qarsda “Ölülər və dəlilər”i təqdim edəcək

Ankara, 21 may, AZƏRTAC

Azərbaycanın Qarsdakı Baş konsulluğunun təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyədə qastrolda olacaq. Qastrol Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, teatrın yaradıcı kollektivi mayın 25-də Qars Qafqaz Universitetinin konsert salonunda böyük yazıçı Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında səhnələşdirilən “Ölülər və dəlilər” tamaşasını təqdim edəcək. Azərbaycanın Əməkdar artisti Tofiq Seyidov və Nurbəniz Niftəliyevanın birgə quruluş verdiyi tamaşa ilk dəfədir ki, səhnəyə çıxarılır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mədəniyyət 2019-05-21 10:44:00