×
A
A
A
Sazlamalar

Xızıda ikimərtəbəli ev yanıb

Bakı, 21 may, AZƏRTAC 

Xızı rayonunda güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə rayonun Altıağac kəndində ümumi sahəsi 150 kvadratmetr olan taxta konstruksiyalardan ibarət evdə qeydə alınıb. Nəticədə ikimərtəbəli beşotaqlı ev yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2019-05-21 10:19:00