×
A
A
A
Sazlamalar

Pantomima Teatrı uşaqlar üçün tamaşa göstərib

Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, bu dəfə də balaca teatrsevərləri yaddan çıxarmayıb.

AZƏRTAC xəbər verir ki, teatrın səhnəsində Xalq artisti Bəxtiyar Xanızadənin müəllifi olduğu “Fəlakət və insan” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa balaca teatrsevərlər üçün nümayiş olunub.
Səhnə əsəri maarifləndirici xarakter daşıyır. Teatrın gənc aktyoru Bəhruz Əhmədlinin quruluşunda təqdim edilən əsərin müəllifi, teatrın baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadədir.
Tamaşa uşaq və yeniyetmələrə təbii fəlakətlər zamanı necə qorunmağın yollarını göstərir.

Teatr və kino 2019-05-21 09:59:00