Bakıda “Kulturologiya və Azərbaycan incəsənəti” mövzusunda seminar keçiriləcək
Bakı, 21 may, AZƏRTAC
Mayın 23-də Milli İncəsənət Muzeyində “Kulturologiya və Azərbaycan incəsənəti” mövzusunda seminar keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, seminar Azərbaycan Mədəniyyət Assosiasiyası “Simurq” Kulturologiya Mərkəzi və Azərbaycan Kulturoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə reallaşacaq.
Seminarda “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov “Kulturologiya və Azərbaycanda yüksəkmədəniyyətli, layiqli insanların inkişafı”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı Sevil Kərimova “Azərbaycan incəsənəti: dünən, bu gün və sabah” və “İçərişəhər” Muzey Mərkəzinin direktoru “Azərbaycanın ruhi mədəniyyətinin inkişafında Azərbaycan Milli İncəsənət Muzeyinin rolu” mövzularında çıxışlar edəcəklər.
Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev Azərbaycanda təsviri incəsənətin inkişafında milli-mədəni irsin qorunması və xarici ölkələrdə təbliği sahəsində, respublikada “yüksəkmədəniyyətli insanlar cəmiyyətinin” inkişafına verdiyi töhfəyə və şəxsi mədəniyyətinə görə “Simurq” beynəlxalq medalı təltif olunacaq.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir