×
A
A
A
Sazlamalar

Formula 1 üzrə üçqat dünya çempionu Niki Lauda vəfat edib

Bakı, 21 may, AZƏRTAC

Formula 1 üzrə sabiq üçqat dünya çempionu Niki Lauda vəfat edib.
AZƏRTAC xəbər verir ki, N.Lauda mayın 20-də 71 yaşında dünyasını dəyişib.
Niki Lauda 1985-ci ildə karyerasını bitirdikdən sonra idman meneceri, RTL telekanalının Almaniya üzrə icmalçısı, Formula 1 üzrə "Mercedes AMG"nin Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərib.

İdman 2019-05-21 08:18:00