×
A
A
A
Sazlamalar

Türkiyə Superliqası: "Fənərbağça" səfərdə "Ərzurumspor"a minimal hesabla qalib gəlib

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də futbol üzrə Türkiyə Superliqasının XXXIII turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyunlarında "Ərzurumspor" və "Ankaragücü" öz meydanlarında müvafiq olaraq "Fənərbağça" və “Sivasspor”la üz-üzə gəliblər.
"Kazım Qarabəkir" stadionunda keçirilən "Ərzurumspor" – “Fənərbağça” görüşü gərgin hücumlarla yadda qalsa da, birinci hissədə qapılara qol vurulmayıb. İkinci hissəyə fəal başlayan İstanbul təmsilçisi görüşün 59-cu dəqiqəsində Viktor Mozesin penalti zərbəsindən vurduğu qol sayəsində hesabda önə keçib – 0:1. Oyun elə bu hesabla başa çatıb.
Ankarada keçirilən "Ankaragücü" - "Sivasspor" matçında isə meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, “Qalatasaray” sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. "Fənərbağça" isə 43 xalla 8-ci pillədə qərarlaşıb.

İdman 2019-05-20 23:30:00