×
A
A
A
Sazlamalar

Azərbaycan boksçuları Çexiyada beynəlxalq turnirdə iştirak edəcəklər

Bakı, 20 may, AZƏRTAC
Mayın 22-də Çexiyada boks üzrə Usti-nad-Labem Qran-Prisi start götürəcək.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, dörd gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan yığması da iştirak edəcək.
Komandamızın baş məşqçisi Vaqif Şirinov Çexiyada dörd boksçumuzu sınaqdan keçirəcək. O, yeni çəki dərəcələri üzrə keçiriləcək Qran-Pridə Elvin Məmişzadə (52 kq), Sərxan Əliyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqesə (81 kq) şans verəcək.

İdman 2019-05-20 21:24:00