×
A
A
A
Sazlamalar

Güclü külək İsmayıllıda ağaclara ziyan vurub

Bakı, 20 may, AZƏRTAC
Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Mətbuat xidmətinin rəhbəri deyib ki, mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi rayonlarda leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib. Mayın 19-da İsmayıllı rayonunda əsən güclü külək meşə sahəsində 100-dən çox ağacı kökündən çıxarıb, bəzilərini isə sındırıb.
İ.İbrahimova qeyd edib ki, oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ziyan dəymiş ağacların uçotu aparılır.

Ekologiya 2019-05-20 21:23:00