×
A
A
A
Sazlamalar

Əlyazmalar İnstitutunun jurnalları UNESCO-nun “ROAD” elmi indeksləşdirmə reyestrinə daxil edilib

Bakı, 20 may, AZƏRTAC 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu akademiyanın Elmi Nəşriyyat Şurasının tədbirlər planına uyğun olaraq nəşr etdiyi çap məhsulunun, o cümlədən kitab və elmi jurnalların təkmilləşdirilməsi işini uğurla davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə görülən işlərdən biri də 2015-ci ildən nəşr olunan “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının beynəlxalq elmi bazalarda indeksləşdirilməsi olub. Bu günlərdə hər iki jurnal UNESCO-nun kommunikasiya və informasiya sektorunun “ROAD” açıq istifadəli elmi jurnallar reyestrinə daxil edilib.
Baş idarəsi Parisdə yerləşən “ROAD” elmi indeksləşdirmə sisteminə 19 mindən çox biblioqrafik yazı və elektron məqalə daxildir.

Elm və təhsil 2019-05-20 19:50:00