×
A
A
A
Sazlamalar

“Məktəblilər üçün muzey həftəsi” yekunlaşıb

Bakı, 20 may, AZƏRTAC
“Muzeylər və Nəsimi irsi” proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi” yekunlaşıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, muzey həftəsində 29 regionun Uşaq-Gənclər İnkişaf Mərkəzindən və paytaxt üzrə 270-ə yaxın ümumtəhsil müəssisəsindən ümumilikdə 21 min 729 məktəbli iştirak edib.
Layihə çərçivəsində məktəblilər ölkəmizin milli-mənəvi dəyərləri barədə geniş məlumat əldə ediblər.
“Muzeylər və Nəsimi irsi” proqramı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir.
Layihənin məqsədi “Nəsimi ili” çərçivəsində çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdan ibarətdir.

Elm və təhsil 2019-05-20 19:16:00