×
A
A
A
Sazlamalar

Futzal üzrə Azərbaycan kuboku yarışlarının finalçıları müəyyənləşib

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də futzal üzrə Azərbaycan kuboku yarışlarının finalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, ilk yarımfinal oyununda “Neftçi” və EKOL komandaları qarşılaşıblar.
Cəza üzündən çempionat oyunlarında iştirak etməyən “Neftçi”nin üzvü Rüfət Balakişiyev bu dəfə komandasına kömək edib. Oyunda hesabı nominal meydan sahibi – “Neftçi” açıb. Oruc Baxşəlizadə toru silkələyib. Hissənin sonuna 2 dəqiqə qalmış EKOL status-kvonu bərpa edib. Radik Əhmədovun zərbəsi tora daxil olub. Fasiləyə 20 saniyə qalmış isə Əsgər Abasov EKOL-u hesabda önə keçirib. İkinci hissədə də EKOL fərqi artırıb və 5:1 hesablı qələbə sayəsində finala vəsiqə qazanıb.
Günün ikinci oyununda “Advokat” və “Xəzər Cənub” komandaları qarşılaşmalı idi. Ancaq “Xəzər Cənub” təyin olunmuş vaxtda meydana çıxmadığına görə, “Advokat” finala adlayıb.
Beləliklə, mayın 23-də keçiriləcək final oyununda EKOL və “Advokat” üz-üzə gələcəklər.

İdman 2019-05-20 18:28:00