×
A
A
A
Sazlamalar

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən keçmiş məhkum saxlanılıb

Bakı, 20 may, AZƏRTAC 

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Fətullayev Qala qəsəbəsinin ərazisindən “KIA” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov Əlahiddə Çevik Polis Alayının və 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsinin ərazisində avtomobillə birgə saxlanılıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2019-05-20 18:22:00