×
A
A
A
Sazlamalar

Balakənli fermerlər indiyədək 6 min hektarda qarğıdalı əkiblər

Balakən, 20 may, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Balakən rayonunun təsərrüfatlarında 7 min hektar sahədə qarğıdalı əkilməsi nəzərdə tutulur. Fermerlər indiyədək 6 min hektarda qarğıdalı əkiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötən il rayonda 43 min tona yaxın dən qarğıdalı istehsal olunub.
Təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi də sürətlə davam etdirilir. Fermerlər indiyədək 307,5 hektar sahəyə şitil köçürüblər. Builki mövsümdə rayonda 450 hektarda tütün əkilməsi nəzərdə tutulur.

 

Kənd təsərrüfatı 2019-05-20 17:44:00