×
A
A
A
Sazlamalar

Respublika Müalicəvi Diaqnostika Mərkəzi ikinci dəfə “Akkreditasiya olunmuş xəstəxana” statusunu qazanıb

Bakı, 20 may, AZƏRTAC 

Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) iki dəfə ABŞ-ın “Joint Commission International” (JCI) akkreditasiyasından keçərək Azərbaycanda ikinci dəfə “Akkreditasiya olunmuş xəstəxana” statusunu qazanmış ilk xəstəxana olub.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ildən başlayaraq RMDM dünyanın JCI akkreditasiyasından keçən və “Qızıl nişan” qazanan 1096 aparıcı xəstəxanası sırasında yer alıb.
Bu statusu qazanmaqda məqsəd pasiyentlər, ziyarətçilər və işçilərin təhlükəsizliyini və onlara qabaqcıl və sübutlara əsaslanan müalicə və tibbi qulluğun keyfiyyətini yüksək səviyyədə saxlamaq və daimi olaraq daha da yaxşılaşdırmağa çalışmaqdır.
Qeyd edək ki, JCI bütün dünyada səhiyyə mərkəzlərinin akkreditasiyasını icra edən ən nüfuzlu və etibarlı təşkilat kimi qəbul olunur.

Səhiyyə 2019-05-20 17:32:00