×
A
A
A
Sazlamalar

Xarici müəssisələr əsas kapitala 1,2 milyard manatadək vəsait yönəldiblər

Bakı, 20 may, AZƏRTAC
Yanvar-aprel aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1 milyard 196,8 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 987,2 milyon manatı (82,5 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, Malayziya, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Tikinti̇ 2019-05-20 17:24:00