×
A
A
A
Sazlamalar

Şamaxı Astrofizika Rəsədxanası əməkdaşlarının məqaləsi nüfuzlu impakt faktorlu jurnalda dərc olunub

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) əməkdaşlarının - elmi işçilər Əliqulu Xəlilov, Əzizə Həsənova və Günay Hacıyevanın həmmüəllifi olduğu elmi məqalə Ukraynanın nüfuzlu impakt faktorlu “Göy cisimlərinin kinematikası və fizikası” (“Kinematika i fizika nebesnıx tel”) elmi jurnalında dərc olunub.
Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildiriblər ki, “Yüksək enlikdə yerləşən ifratnəhəng 89 Her ulduzu spektrində NaI D xəttinin şüa sürətinin dəyişməsi” sərlövhəsi ilə dərc edilən məqalədə 89 Her ulduzunun 1975-2017-ci illərdə ŞAR-ın 2-m teleskopunda alınmış spektrlərinə əsasən dublet NaI D xəttinin profillərinin dəyişməsi tədqiq olunub.
Aşkar edilib ki, dublet NaI D xəttinin profillərinə görə təyin olunmuş şüa sürəti 5000 günlük periodla dəyişir. İlk dəfə olaraq spektral – qoşa sistemin modeli çərçivəsində onun orbital parametrləri hesablanıb.

Elm və təhsil 2019-05-20 17:15:00