×
A
A
A
Sazlamalar

Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrasına dair rəyi müzakirə edilib

Bakı, 20 may, AZƏRTAC
Hesablama Palatasının kollegiya iclası keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda həyata keçirilmiş bir sıra nəzarət tədbiri üzrə auditor hesabatı və Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrasına dair rəyi müzakirə olunub: Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində gömrük qanunvericiliyinə riayət edilməsi üzərində inzibatçılığın təşkili vəziyyətinin müəyyənləşdirilməsinə dair; "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi.
Kollegiya iclasında nəzarət tədbiri üzrə auditor hesabatı və Hesablama Palatasının rəyi barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması və "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinin Milli Məclis təqdim edilməsi qərara alınıb.
İclasda, həmçinin Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı tövsiyə və qaydalar təsdiq edilib.

İqtisadiyyat 2019-05-20 17:12:00