Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Əsas kapitala yönəldilmiş vəsaitin 70 faizi sənaye və tikinti sahələrinə ayrılıb

Bakı, 20 may, AZƏRTAC 

Bu ilin yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 48,8 faizi sənaye, 21,3 faizi tikinti, 14,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi isə informasiya və rabitə sahəsinə sərf edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, vəsaitin 2,4 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,9 faizi təhsil, 1,4 faizi səhiyyə, 0,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,6 faiz olmaqla ticarət, nəqliyyat vasitələrinin təmiri, peşə, elmi və texniki fəaliyyət, digər sahələrdə xidmətlərin göstərilməsi, 0,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,1 faizi maliyyə və sığorta fəaliyyəti sahələrinə sərf olunub.

 

Tikinti̇ 2019-05-20 16:59:00