×
A
A
A
Sazlamalar

Mayın sonuna yaxın Estoniyada iki veloyürüş keçiriləcək

Tallinn, 20 may, AZƏRTAC
“Estonian Cycling” həftəsonu çərçivəsində mayın 23-25-də “Tour of Estonia” adlı beynəlxalq veloyürüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışa 15 ölkədən 100-dən çox idmançı qatılacaq. İki mərhələdən ibarət olacaq velotur Tallinn, Yarva-Yani və Tartu şəhərlərini əhatə edəcək.
Mayın 26-da isə velosiped həvəskarları Tartu Rattaralli adlı veloyürüşdə iştirak edə biləcəklər. Hər iki yürüşün start və finiş nöqtəsi Tartu şəhərində olacaq.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin

İdman 2019-05-20 16:25:00