×
A
A
A
Sazlamalar

Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsi yenidən qurulur VİDEO

Bakı, 20 may, AZƏRTAC
Paytaxtın Xətai rayonu ərazisindəki Səməd bəy Mehmandarov küçəsi yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 3,2 kilometr, eni isə 20 metr olan küçədə aparılan yenidənqurma və bərpa işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi, küçəboyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri bərpa olunaraq kənarlarına yeni səki daşları düzülüb. Artıq yolun asfaltlanması işlərinə də başlanılıb ki, bu çərçivədə küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri ümumilikdə 65 min kvadratmetr sahəni əhatə edəcək.
Küçədə istiqamətləri ayırmaq məqsədilə eni 1 metr olan ayırıcı zolaq inşa olunub, kənarlarına səki daşları, üzərinə isə tamet daşları üzülüb. Daha sonra sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaq üçün ayırıcı zolaqboyu yeni işıqlandırma sistemi qurulacaq. İşlərin sonuncu mərhələsində küçələr boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlanma xətləri çəkiləcək.

Tikinti̇ 2019-05-20 16:48:00

Video