×
A
A
A
Sazlamalar

Şəkidə indiyədək 3737 hektarda yazlıq bitki əkilib

Şəki, 20 may, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Şəki rayonunun təsərrüfatlarında 5266 hektar sahədə yazlıq bitkilərin əkini planlaşdırılır. Hazırda təsərrüfatlarda yaz-tarla işlərinin qızğın çağıdır. Torpaq mülkiyyətçiləri indiyədək 3737 hektar sahədə yazlıq bitki əkiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Baş məsləhətçi bildirib ki, məhsul istehsalçıları indiyədək 631 hektar sahədə kartof, 856 hektarda tərəvəz, 431 hektarda dən üçün qarğıdalı, 128 hektarda bostan bitkiləri əkib, 115 hektara dən üçün vələmir, 212 hektara birillik otlar, 310 hektara yonca toxumu səpiblər.
Cari ildə rayonun təsərrüfatlarında 950 hektarda tütün əkilməsi nəzərdə tutulur. Fermerlər indiyədək 561 hektara “Virciniya”, 230 hektara yerli tütün sortları olmaqla, ümumilikdə 791 hektar sahəyə şitil köçürüblər.

Regionlar 2019-05-20 16:43:00