×
A
A
A
Sazlamalar

“Neftçi” klubunun haitili yarımmüdafiəçisi ölkəsinin milli komandasına dəvət alıb

Bakı, 20 may, AZƏRTAC

“Neftçi” futbol klubunun haitili yarımmüdafiəçisi Soni Mustivar ölkəsinin milli komandasına dəvət olunub.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, mayın 25-dən iyulun 8-dək yığmanın düşərgəsində olacaq 29 yaşlı yarımmüdafiəçi iyunun 7-də Çili millisi ilə yoldaşlıq oyununda iştirak edəcək. Bununla yanaşı, futbolçu “CONCACAF Qızıl Kubok” turniri çərçivəsində iyunun 17-də Bermud adaları, dörd gün sonra Nikaraqua, iyunun 25-də isə Kosta-Rika seçmələri ilə oyunlarda meydana çıxacaq.
Soni Mustivar 2013-cü ildən çıxış etdiyi Haiti milli komandasının heyətində 16 oyunda 2 dəfə fərqlənib.

İdman 2019-05-20 16:24:00