×
A
A
A
Sazlamalar

Bəstəkarlar İttifaqında musiqişünas-alim Ramiz Zöhrabovun xatirəsi anılacaq

Bakı, 20 may, AZƏRTAC 

Mayın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, Xalq artisti Ramiz Zöhrabovun anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə həmçinin musiqişünas alimin kitabının təqdimatı da təşkil olunacaq və yaradıcılığına nəzər salınacaq.

Mədəniyyət 2019-05-20 16:20:00