×
A
A
A
Sazlamalar

Futbol üzrə Boliviya çempionatının matçında hakimin ürəyi dayanıb

Bakı, 20 may, AZƏRTAC 

Futbol üzrə Boliviya çempionatının ali divizionunda 25-ci turun oyunu zamanı matçın baş hakimi Viktor Urtadonun ürəyi dayanıb.
AZƏRTAC xəbər verir ki, Boliviya çempionatının 25-ci turunun El-Alto şəhərində keçirilən matçında yerli “Olveys Redi” komandası “Oriyente Petrolero”nu qəbul edib və 5:0 hesabı ilə qalib gəlib.
Oyunun 54-cü dəqiqəsində 32 yaşlı arbitr Viktor Urtado meydanda yıxılıb. “Olveys Redi” komandasının həkimi oyundan sonra bildirib ki, birinci dəfə hakim meydanda olarkən onun ürəyi dayanıb, lakin komandanın həkimləri onu reanimasiya edə biliblər. Urtado yerli klinikaların birinə çatdırılıb, burada onun ürəyi yenidən dayanıb və bundan sonra həkimlər onu xilas edə bilməyiblər.
El-Alto stadionu dəniz səviyyəsindən 4 min 150 metr yüksəklikdə yerləşir. 2017-ci ilin iyul ayında açılmış bu stadion ən yüksəkdə yerləşən stadion hesab edilir. Burada peşəkar səviyyədə futbol oynayırlar. “Olveys Redi” komandasının prezidenti Fernando Kostanın sözlərinə görə, Urtadonun ölümünü bu fakt ilə əlaqələndirmək “tezdir”. Fernando Kosta EFE agentliyinə müsahibəsində qeyd edib ki, çərşənbə günü həmin hakim qonşu La Pasda 3 min 600 metr yüksəklikdə keçirilən matçı idarə edib və o vaxtdan bu regionu tərk etməyib.

İdman 2019-05-20 16:09:00