×
A
A
A
Sazlamalar

Qadın voleybolçulardan ibarət millimiz Belarusda təlim-məşq toplanışına start verib

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Belarusda təlim-məşq toplanışına start verib.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Qızıl Avropa Liqasına son hazırlığını davam etdirən yığmamız tam heyətlə təlim-məşq toplanışı keçirir. On dörd voleybolçu ilə hazırlıq keçən millimiz Minskdə Belarus millisi ilə iki yoldaşlıq görüşü keçirəcək. Mayın 26-da isə voleybolçularımız Qızıl Avropa Liqası çərçivəsində Belarus millisi ilə qarşılaşacaqlar.
Belarusda komandamıza qoşulan italiyalı mütəxəssislərdən ibarət məşqçi heyəti Qızıl Avropa Liqası, Olimpiya təsnifat turnirində və Avropa çempionatında yığmamıza köməklik edəcək.

 

İdman 2019-05-20 15:45:00