×
A
A
A
Sazlamalar

Nizami Kino Mərkəzində “Qartal yuvası” filminin təqdimatı olacaq

Bakı, 20 may, AZƏRTAC
Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filminin təqdimatı keçiriləcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ekran əsəri “Milli qəhrəmanlar” silsiləsindən “Salnaməfilm” studiyasında Çingiz Həsənovun rejissorluğu ilə çəkilib.

Mədəniyyət 2019-05-20 15:39:00