×
A
A
A
Sazlamalar

Yan Oblak La Liqada ardıcıl dördüncü dəfə mövsümün ən yaxşı qapıçısı seçilib

Bakı, 20 may, AZƏRTAC

İspaniyanın “Atletiko Madrid” futbol klubunun qapıçısı Yan Oblak La Liqada ardıcıl dördüncü dəfə mövsümün ən yaxşı qapıçısı seçilib.
AZƏRTAC İspaniya çempionatının saytına istinadla xəbər verir ki, 26 yaşlı sloveniyalı qapıçı cari mövsümdə ən az qol buraxdığına görə ardıcıl dördüncü dəfə “Rikardo Zamoro” kubokunu qazanıb. O bu nəticə ilə Antoni Ramalets və “Barselona”nın sabiq qapıçısı Viktor Valdesdən (hər biri 5 mövsüm) geri qalıb.
Oblak cari mövsümdə Madrid klubunun heyətində keçirdiyi 37 oyunda 27 qol buraxıb.

İdman 2019-05-20 15:20:00