×
A
A
A
Sazlamalar

® “AtaBank”ın “Visa Signature” kartı premium imkanlar sərgiləyir

Xəbər verdiyimiz kimi, bir neçə ay bundan öncə "AtaBank" ASC “VISA” beynəlxalq ödəniş sistemi ilə birgə Azərbaycan və Cənub-Şərqi Avropa regionu üzrə ilk olaraq "Visa Signature" kartının emissiyasına başladı. Bu premium kart xüsusi xidmətlər və endirimlərlə müştəriləri sevindirməyə davam edir.

“VISA” ödəniş sisteminin "Biz səyahətinizi daha komfortlu edirik" layihəsi premium imtiyazlar sərgiləyir. Bununla səyahətlərdə "AtaBank"ın özəl "Visa Signature" kartlarından istifadə edənlər müxtəlif üstünlüklər qazanacaq:
•Dünya üzrə 1000-dən çox hava limanının xüsusi zalına giriş – "Visa Signature" kartı ilə 4 dəfə ödənişsiz şəkildə ziyarət etmək imkanı,
• Xaricdə dünya miqyaslı təminatçılardan avtomobil kirayəsinə 30 faizədək endirim,
• “Visa Luxury Hotel Collection” proqramına daxil olan otellərdə eksklüziv xidmət,
• “agoda.com” saytında otel bronlaşdırmağa 12 faizədək endirim.
Həmçinin Kiyev və ya Minskdən keçən tranzit səfərlərdə aşağıdakı xidmətlər təklif olunur:
• Minsk Milli Hava Limanında üstün xidmət (fast track),
• "Kiyev" və "Borispol" aeroportlarına gedərkən və ya gələrkən “Uber” istifadəsinə 50 faiz endirim
• "Borispol" aeroportunda pulsuz çamadan paketlənməsi.
Əlavə olaraq isə "AtaBank" "Visa Signature" kartını əldə edənlərə hədiyyə olaraq "Visa Classic" kartı və depozit qutularına 50 faiz endirim təqdim edir.
Bankın "Visa Signature" kartı haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər: https://atabank.com/az/individuals/plastic-cards/visa-signature.
25 ildən artıq fəaliyyət göstərən "AtaBank" ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Maliyyə 2019-05-20 14:57:00