×
A
A
A
Sazlamalar

Bədii qiraət üzrə baxış müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 20 may, AZƏRTAC

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Həq mənəm, həq məndədir, həq söylərəm” devizi altında bədii qiraət üzrə baxış müsabiqəsi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, məktəblilər arasında keçirilən müsabiqə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub.
Müsabiqənin təşkil edilməsində əsas məqsəd gənc nəsli Nəsiminin əsərləri ilə tanış etmək, onların bədii yaradıcılıq bacarıqlarını aşkara çıxarmaq və bu yöndə istiqamətləndirməkdən ibarətdir.
Tədbirə qatılan məktəblilər şairin qəzəllərindən nümunələr ifa ediblər. Onların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qaliblər diplomlarla təltif olunublar.

Elm və təhsil 2019-05-20 14:50:00