×
A
A
A
Sazlamalar

“Vergiler.az” onlayn qəzetində yeni rubrika fəaliyyətə başlayır

Bakı, 20 may, AZƏRTAC 

"Vergiler.az" onlayn qəzetində yeni rubrika fəaliyyətə başlayır. “Rəsmi cavab" adlı rubrikada Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinə əvvəlcədən elan ediləcək mövzuya uyğun oxuculardan daxil olan suallar ünvanlanacaq.
Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, rubrikanın ilk qonağı Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinovdur. Müsahibənin mövzusu "Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin tətbiqinin ilkin nəticələri" adlanır.

Maliyyə 2019-05-20 14:43:00