×
A
A
A
Sazlamalar

Britaniyalı aktyor yenidən “Şerlok Xolms” filmində çəkiləcəyinə ümid edir

Bakı, 20 may, AZƏRTAC

“Şerlok Xolms” filmində Lestreyd roluna görə məşhur olan britaniyalı aktyor Eddi Marsan yenidən Qay Riçinin çəkdiyi eyniadlı ekran əsərində çəkiləcəyinə ümid edir.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, rejissor Qay Riçi Şerlok Xolms haqqında iki film çəkib. Belə ki, onun britaniyalı xəfiyyə haqda olan üçüncü filmi 2021-ci ilin dekabrında işıq üzü görəcək.
“Bildiyimə görə hazırda filmin ssenarisi yazılır, amma onu hələ təsdiqləmək lazımdır. Bu film üzərində işlər artıq bir neçə ildir ki davam edir. Ümid edirəm mən orada yenidən müstəntiq rolunda çıxış edəcəm”, - deyə E.Marsan bildirib.
Qeyd edək ki, Eddi Marsan hazırda Rusiyada rejissor Aleksandr Boquslavskovonun “Ebigeyl” filmində çəkilir. O bu filmdə yeganə əcnəbi olsa da film ingilis dilində çəkilir.

 

Mədəniyyət 2019-05-20 14:20:00