×
A
A
A
Sazlamalar

Yanvar-aprel aylarında tikinti materiallarının istehsalı 5 faiz artıb

Bakı, 20 may, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 5 faiz artaraq 240,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu müddət ərzində tikinti kərpicinin istehsalı 69,8 faiz, tikinti əhənginin istehsalı 41,5 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 11,7 faiz, sementin istehsalı 5,2 faiz artıb, betondan yığma tikinti konstruksiyalarının istehsalı 52,5 faiz, tikinti gipsinin istehsalı isə 61,8 faiz azalıb.

Tikinti̇ 2019-05-20 14:47:00