×
A
A
A
Sazlamalar

Xəzər Universitetinin tələbələri Avropa Parlamentində təcrübə proqramında iştirak edəcəklər

Bakı, 20 may, AZƏRTAC

Xəzər Universitetinin tələbələri - Mustafa Qocayev, Zülfiyyə Şəfiyeva və İlkin Məmmədov Avropa Parlamentində təcrübə proqramında iştirak edəcəklər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Gənclər Fondu tərəfindən təşkil edilən təcrübə proqramının müsabiqəsində 383 namizəd iştirak edib. Xəzər Universitetinin tələbələri müsabiqəni uğurla keçərək, Avropa Parlamentində təcrübə keçmək şansı əldə edən 15 nəfər arasında yer alıblar.
Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilova, siyasi elmlər və fəlsəfə departamentinin müdiri Elmar Mustafayev tələbələri təbrik edib, onlara təcrübə səfərində uğurlar arzulayıblar.
Sonda tələbələrə təşəkkürnamə təqdim edilib.

Elm və təhsil 2019-05-20 14:44:00