×
A
A
A
Sazlamalar

UNEC-in tələbələri infoturda

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Absheron Hotel Group” arasında əməkdaşlıq çərçivəsində silsilə tədbirlər davam edir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat fakültəsinin turizm və otelçilik, ekologiya, iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələri “Absheron Hotel Group”a daxil olan “Boulevard Hotel Baku” və “Intourist Hotel Baku” otellərində infoturda olublar. Tələbələrə otellərin fəaliyyəti və karyera imkanları barədə məlumat verilib. Sonra tələbələr otellərin struktur bölmələrinin fəaliyyəti, nömrə fonduna daxil olan müxtəlif dərəcəli otaqlarla tanış olublar.
Tur zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Elm və təhsil 2019-05-20 14:23:00