×
A
A
A
Sazlamalar

Gənc alimlər məktəblilərə elmi təcrübələr nümayiş etdiriblər

Bakı, 20 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Zəngilan rayon 29 nömrəli tam orta məktəbdə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə məktəbin direktoru Ayna Zeynalova gənc alimlərlə şagirdlərin görüşünün əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, təhsil müəssisələrində keçirilən elmi görüşlər, seminarlar məktəblilərin təkcə fizika fənninə deyil, ümumiyyətlə, elmə olan marağının artmasına şərait yaradır.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədova deyib ki, görüşün keçirilməsindən məqsəd gənc alimlərlə şagirdlər arasında ünsiyyətin yaradılması, gənc alim və mütəxəssislərin elmi fəaliyyətləri ilə məktəbliləri tanış etmək və fizika elminin sirlərini onlara nümayiş etdirməkdən ibarətdir.
Daha sonra şuranın üzvləri məktəblilər qarşısında müxtəlif elmi təcrübələr nümayiş etdiriblər. Elmi təcrübələrin izahı verilib, şagirdlərin sualları cavablandırılıb.

Elm və təhsil 2019-05-20 14:06:00