×
A
A
A
Sazlamalar

İKT sahəsində standartlaşdırmada boşluqların aradan qaldırılması üçün tədbirlər görülür

Bakı, 20 may, AZƏRTAC

Kibercinayətkarlığa qarşı mübarizə standartlarının mövcud olmaması Azərbaycanda milli informasiya-kommunikasiya texnologiyaları (İKT) məhsullarının dünya bazarına çıxarılmasının qarşısını alan əsas problemlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev elmi seminarda məlumat verib. O qeyd edib ki, informasiya təhlükəsizliyinin təmin olunmasının əsas şərtlərindən biri kimi sosial media vasitələrinin standartlara uyğun hazırlanması və istifadəyə verilməsi cəmiyyətdə informasiya azadlığının inkişafına dəstək verərək insan hüquqlarının qorunmasında xüsusi əhəmiyyətə malikdir. Akademik ölkədə hüquqi dövlətin əsas dayaqlarından biri kimi standartlaşdırma mədəniyyətinin formalaşması və inkişaf etdirilməsi, ona xüsusi diqqətin artırılması, beynəlxalq standartların işlək prosesə çevrilməsinin xüsusi rola malik olduğunu qeyd edib. Rasim Əliquliyev, həmçinin standartlaşdırmada boşluqların aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Elm və təhsil 2019-05-20 13:47:00