×
A
A
A
Sazlamalar

Azərbaycan Metrologiya İnstitutunun Keyfiyyəti İdarəetmə sistemi beynəlxalq səviyyədə tanınıb

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Metrologiya İnstitutunun Keyfiyyəti İdarəetmə sistemi beynəlxalq səviyyədə tanınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Saleh Səmədov jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs olaraq 2017-ci ildə ləğv edilmiş Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb. İnstitut ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlətin funksiyalarının həyata keçirən yeganə milli orqandır.
Respublikamızda metrologiya sahəsinin dövlətin daim diqqət mərkəzində olduğunu deyən institut rəhbəri bu istiqamətdə aparılan islahatlardan danışıb. Qeyd edib ki, institutun Keyfiyyəti İdarəetmə sistemi beynəlxalq səviyyədə tanınıb və bu barədə beynəlxalq ekspertlər qrupu tərəfindən qiymətləndirilərək müvafiq təsdiqedici sənəd təqdim olunub. Bu isə ölkəmizin metrologiya sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdəndir.

İqtisadiyyat 2019-05-20 13:29:00