×
A
A
A
Sazlamalar

Dörd ayda toxuculuq sənayesi 48 faiz artıb

Bakı, 20 may, AZƏRTAC
Bu ilin ilk 4 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 165,6 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin eyni dövrün ilə müqayisədə toxuculuq sənayesində 48,1 faiz, geyim istehsalında 10,2 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 29,5 faiz azalma müşahidə olunub.

Sənaye 2019-05-20 13:39:00