×
A
A
A
Sazlamalar

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 59 faizi fərdi sahibkarların payına düşür

Bakı, 20 may, AZƏRTAC
Yanvar-aprel aylarında ölkənin ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,5 faiz artaraq 415,4 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin eyni dövrünə görə 3,7 faiz artaraq 167,3 milyon manat təşkil edib.

İqtisadiyyat 2019-05-20 13:37:00