×
A
A
A
Sazlamalar

Avtomobilin yanacaq çənində siqaretlər aşkarlanıb

Bakı, 20 may, AZƏRTAC
Gömrükçülər avtomobilin yanacaq çənində siqaretlər aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi düzəldilmiş yerdən 5760 ədəd "King" markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-05-20 13:32:00