×
A
A
A
Sazlamalar

Əhalinin gəlirləri 17 milyard manatı ötüb

Bakı, 20 may, AZƏRTAC
Yanvar-aprel aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 17 milyard 72 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əhalinin hər nəfərinə düşən gəlirlər 1729 manat olub.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 15 milyard 660,9 milyon manatlıq vəsait qalıb.

 

Maliyyə 2019-05-20 13:33:00