×
A
A
A
Sazlamalar

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlayıb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, mayın 20-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 763,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76 faiz təşkil edib.

Maliyyə 2019-05-20 13:00:00