×
A
A
A
Sazlamalar

Peşə Təhsil Mərkəzinin tələbələri ekoturda iştirak ediblər

Bakı, 20 may, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin turizm agenti ixtisası üzrə təhsil alan tələbələri “Mountain Host Azerbaijan”ın təşkil etdiyi ekoturda iştirak ediblər.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ekotura qoşulan mərkəzin 3 tələbəsi peşəkar mütəxəssisin müşayiəti ilə 20-dən çox yerli və xarici vətəndaşlardan ibarət turist qrupuna bələdçilik edib. Ekoturun marşrutu Dəmiraparançayın sahili boyunca Laza kəndinə, Mucuq şəlaləsinə və geri düşərgəyə kimi olan ərazini əhatə edib.

Elm və təhsil 2019-05-20 12:19:00