×
A
A
A
Sazlamalar

Sumqayıtda Kağız və Karton İstehsalatı Kombinatında baş verən yanğın söndürülüb

Sumqayıt, 20 may, AZƏRTAC

Sumqayıt şəhərində ötən axşam saatlarında yanğın hadisəsi baş verib. Hadisə Bakı-Quba avtomagistralının 45-ci kilometrliyində, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Kağız və Karton İstehsalatı Kombinatında qeydə alınıb.
Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsindən AZƏRTAC-a bildirilib ki, ümumi sahəsi 5000 kvadratmetr olan kombinatın istehsal sahələrindən birində 200 kvadratmetr ərazidə karton məmulatları yanıb.
Dərhal hadisə yerinə idarənin 3 yanğınsöndürən nəqliyyat vasitəsi və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Xəsarət alan olmayıb.

Regionlar 2019-05-20 12:12:00