×
A
A
A
Sazlamalar

Amerikalı professor Mədəniyyət və İncəsənət Universitetində seminar keçirib

Bakı, 20 may, AZƏRTAC
Kostal Karolina Universitetinin professoru Anna Oldfield Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Amerika universitetlərində Ph.D dissertasiyalarının yerinə yetirilməsi qaydaları” mövzusunda elmi seminar keçirib.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Anna Oldfield dissertasiya üzərində iş prosesinin mərhələləri, impakt faktorlu jurnallarda elmi məqalələrin tərtibatı haqqında ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Tədbirdə universitetin professor-müəllim heyəti, həmçinin doktorant, dissertant və magistrlər iştirak edib.

Elm və təhsil 2019-05-20 12:13:00