×
A
A
A
Sazlamalar

İçərişəhərdə peşəkar yoqa təlimçisi ilə görüş olacaq

Bakı, 20 may, AZƏRTAC

Mayın 21-də Şirvanşahlar Sarayı Kompleksində “Mənəviyyat birlik, sülh və rifahın vəhdəti kimi” adlı mühazirə təşkil ediləcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir qurum, Hindistanın ölkəmizdəki səfirliyi, Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası və Bakı Brahma Kumaris mədəni-maarif mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.
Tədbirdə raca-yoqa növünün peşəkar təlimçisi Didi Santoş tərəfindən bu anlayışın indiyədək bimədiyiniz cəhətləri öyrəniləcək, Uzaq Şərqin mənəvi aləmi ilə tanış olacaqsınız.

Mədəniyyət 2019-05-20 11:58:00