×
A
A
A
Sazlamalar

Milli Konservatoriyada konsert - “Ad libitum”

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyasında (AMK) konservatoriyanın müəllimləri Arzu Ələsgərli və Aysel Şahbazlının “Ad libitum” adlı fortepiano konserti olub.
AMK-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Konsertdə ifaçılar müxtəlif janrlara müraciət edərək görkəmli Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.
Təqdim olunan konsert proqramı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Sonda çıxış edən rektor Siyavuş Kərimi hər iki xanım ifaçını təbrik edib.

Mədəniyyət 2019-05-20 11:27:00