×
A
A
A
Sazlamalar

Rumıniyada keçirilən beynəlxalq tədbirdə azərbaycanlı məktəblilər də iştirak ediblər

Buxarest, 20 may, AZƏRTAC

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Beynəlxalq gün”də bu ölkədə yaşayan azərbaycanlı məktəblilər də iştirak ediblər. Hər il təşkil olunan “Beynəlxalq gün”ə Buxarestdə təhsil alan müxtəlif ölkələrin şagirdləri qatılıblar. Tədbirdə Azərbaycan guşəsi də yaradılıb. Burada iştirakçılara ölkəmizin milli mətbəxinin ləziz təamları, müxtəlif çeşidli suvenir və eksponatlar təqdim olunub. Tədbir çərçivəsində, həmçinin “Bayraq paradı” və milli geyimlərin nümayişi təşkil edilib. Milli geyimli azərbaycanlı şagirdlər dövlət himninin sədaları altında üçrəngli bayrağımızla parada qatılıblar. Tədbirdə toplanan və xeyriyyə məqsədilə istifadə olunan vəsait təşkilatçılara verilib.

 

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Elm və təhsil 2019-05-20 11:25:00